API: ABŞ-ın neft ehtiyatları artıb
20.02.2020Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (10-14 fevral) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.
«APA-Economics»in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 4,16 mln. barel artaraq 443,1 mln. barel təşkil edib.
Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 6 mln. barel artacağı gözlənilirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan «qara qızıl»ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.