API: ABŞ-ın neft ehtiyatları cüzi azalıb

18.03.2020 Выкл. Автор admin

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (9-13 mart) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.

«APA-Economics»in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 0,42 mln. barel azalaraq 452,6 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 3,3 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan «qara qızıl»ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Share