ARB TV-nin yayımı müvəqqəti dayandırıldı

ARB TV-nin yayımı müvəqqəti dayandırıldı

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ARB TV-nin yayımı müvəqqəti dayandırılıb.

bu gün saat 16:00-da “Elgizlə izlə” proqramından sonra kanalın yayımı kəsilib. Bu hal isə saat 17:00-a kimi davam edəcək.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qərarına əsasən 9 may 2020-ci il tarixdə ARB televiziya kanalının efirində yayımlanan “Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq ARB televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Share