ARDNF-in icraçı direktoruna müavin təyin edilib

03.03.2020 Выкл. Автор admin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 mart 2020-ci il tarixli 1871 nömrəli Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

«APA-Economics»in ARDNF-ə istinadən verdiyi məlumata görə, R. Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-in İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-in İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark Universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.

Share