“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək
14.03.2020Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın martın 13-də yaydığı məlumat, habelə Dünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 15-dən 19-dək məhdudlaşdırılır.
Bu barədə AZƏRTAC-a agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.