Astara gömrük postunun əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı ediblər (VİDEO)

Astara gömrük postunun əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı ediblər (VİDEO)

07.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının

alınması istiqamətində dövlət tərəfindən atılan zəruri addımlara və həyata keçirilən

təxirəsalınmaz tədbirlərə ölkə ictimaiyyəti tərəfindən də geniş dəstək verilir.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, dövlət və özəl qurumlar, qeyri-hökumət təşkilatları, sahibkarlar könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməklə, aztəminatlı ailələrə yardım etməklə, yaşlı şəxslərə baş çəkmək və onların zəruri ehtiyaclarının ödənilməsinə dəstək göstərməklə dövlətin apardığı mübarizə kampaniyasında fəal iştirak edirlər.

İlk gündən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərinin ön sıralarında yer alan gömrükçülər sərhəddən keçən şəxslərin yoxlanılmasında, mal və nəqliyyat vasitələrinin həm dezinfeksiya edilməsi, həm də təhlükəsizlik tədbrlərinə uyğun şəkildə təyinat nöqtəsinə çatdırılmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Bundan başqa gömrükçülər ölkədə könüllülük prinsipiylə həyata keçirilən müxtəlif aksiyalarda da fəal iştirak edirlər. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları karantin rejimi ilə əlaqədar rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər. Ümumilikdə, 57 ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq yardımı göstərən gömrükçülər, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük

Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

Share