Astara sakinlərindən 3 kq heroin götürülüb

10.03.2020 Выкл. Автор admin

Astara sakinlərindən 3 kiloqramdan çox heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Astara şəhər sakinləri K.Hüseynov və E.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı K.Hüseynovdan 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Share