Astarada şəhid Kənan Dadaşovun xatirəsinə həsr olunmuş açıq futbol turnirinə start verilib

Astarada şəhid Kənan Dadaşovun xatirəsinə həsr olunmuş açıq futbol turnirinə start verilib

26.07.2019

18:29

Astara rayonunun Ojakəran kənd stadionunda şəhid Kənan Dadaşovun xatirəsinə həsr olunmuş açıq futbol turnirinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə 16 komanda qələbə uğrunda mübarizəyə qoşulub. Öz yarımqruplarında birinci və ikinci yerləri tutan komandalar turnirin ¼ mərhələsində mübarizəni davam etdirəcəklər.

On beş gün davam edəcək açıq futbol turnirinin qaliblərinə diplomlar və hədiyyələr təqdim olunacaq.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email