Astarada sərxoş halda karantini pozan sürücü və oğlu saxlanılıb

Astarada sərxoş halda karantini pozan sürücü və oğlu saxlanılıb

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Astarada sərxoş halda karantin qaydalarını pozan sürücü və oğlu saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.

Belə ki, Astara şəhər sakini Yaşar Mustafayev idarə etdiyi “Vaz 2115” markalı avtomobillə saxlanılıb və spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu məlum olub. Avtomobildə sərnişin qismində olan oğlu Elçin Mustafazadənin də müvafiq qaydada heç bir icazə almadan şəhərə çıxdığı və karantin qaydalarını pozduğu müəyyən edilib.

Hər ikisi şəxs barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və inzibati qaydada həbs olunublar.

Share