Ata Abdullayevin məhkəməsinin vaxtı məlum oldu

Ata Abdullayevin məhkəməsinin vaxtı məlum oldu

28.09.2021 Off By admin

Hədə qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 8-ə təyin olunub. Prosesə hakim Fikrət Qəribov sədrlik edəcək. Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, A.Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

O Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

“HAKİMİYYET.com”

Share