Avrasiya İqtisadi Birliyi və MDB ölkələrinin ticarət və iqtisadi məsələlər üzrə diplomatlarının iştirakı ilə videokonfrans keçirilib

Avrasiya İqtisadi Birliyi və MDB ölkələrinin ticarət və iqtisadi məsələlər üzrə diplomatlarının iştirakı ilə videokonfrans keçirilib

23.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Parisdə Rusiya Federasiyasının Fransadakı Ticarət Nümayəndəliyinin təşəbbüsü ilə MDB ölkələrinin Fransada akkreditə olunmuş ticarət və iqtisadi məsələlər üzrə diplomatlarının iştirakı ilə videokonfrans keçirilib.

 

Videokonfransda Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistanın nümayəndələri iştirak ediblər. Konfransda mövcud ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Ticarət və iqtisadi məsələlər üzrə diplomatlar Fransa ilə texnoloji tərəfdaşlıq, ixracatçılara dəstək məqsədilə ən yaxşı təcrübə mübadiləsi, ixracatçıların Fransa bazarında üzləşdikləri problemlər, enerji səmərəliliyi, sənayenin rəqəmsallaşdırılması, nüvə gücü, kənd təsərrüfatı, “yaşıl enerji” kimi məsələləri müzakirə ediblər.

 

Videokonfransda Azərbaycanın Fransadakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə diplomatı Suliddin Məmmədov Azərbaycan-Fransa iqtisadi-ticarət əlaqələri, eləcə də ölkəmiz üçün prioritet sahələr haqqında ətraflı məlumat verib.

 

Ticarət və iqtisadi məsələlər üzrə diplomatlar videokonfransı yüksək qiymələndirərək mütəmadi olaraq videogörüşlər təşkil etməyə razılaşıblar.