Avropa Azərbaycan Məktəbində xeyriyyə konsert-müsabiqəsi keçirilib

24.12.2019 Off By admin

Avropa Azərbaycan Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə konsert-müsabiqə keçirilib.

AZƏRTAC xəbər verir ki, “İstedad sorağında” layihəsi əsasında hazırlanan xeyriyyə konsert-müsabiqədə məktəbin şagirdləri öz istedadlarını nümayiş etdiriblər. IX sinif şagirdlərinin biznes layihəsi olan tədbirin təşkilatçıları məhz şagirdlərin özləri olub. Valideynlərin də qatıldığı tədbir böyük coşqu ilə qarşılanıb.

Məktəbin müəllimləri və şagirdlərdən ibarət münsiflər heyəti müxtəlif musiqi nömrələri ilə çıxış edən şagirdlərə müvafiq ballar verərək sonda qalibləri müəyyən ediblər.

Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradov da tədbirdə iştirak edib.

Tədbirdə müəllim, valideyn, şagird və qonaqların yardımı ilə toplanan 600 manatdan artıq vəsait Yeni il ərəfəsində kimsəsiz uşaqların arzularının gerçəkləşdirilməsinə sərf ediləcək.

Sonda konsert-müsabiqənin qaliblərinə sertifikat və hədiyyələr təqdim olunub.