Avropada daha bir ölkə çempionatı dayandırılıb

18.03.2020 Выкл. Автор admin

Koronavirus pandemiyası səbəbindən Avropanın daha bir ölkəsində çempionat dayandırılıb.

Apasport.az saytının məlumatına görə, Ukrayna Premyer Liqası təxirə salınıb.

Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi bu gündən etibarən ölkədə futbol yarışlarının dayandırılmasını qərara alıb. Təkcə Premyer Liqa deyil, ümumilikdə bütün futbol turnirləri növbəti bəyanata qədər oynanılmayacaq.

Bununla Avropada çempionatı dayandırılmayan 2 ölkə qalıb. Türkiyə və Belarus hələlik oyunları saxlamayıb.

Share