Avropanın avtomobil bazarı son 30 ilin antirekordunu təzələyib

Avropanın avtomobil bazarı son 30 ilin antirekordunu təzələyib

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin mart ayında Avropada avtomobil satışları illik müqayisədə 52% azalaraq 30 ilin antirekordunu təzələyib.

APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Avropa Avtomobil İstehsalçıları Birliyi (AAİB) ötən ay 853 077 avtomobil satıldığı və satışlarda ən böyük azalmalar “Fiat” markalı avtomobilləri istehsal edən “FCA Group”da (-74%) və “Peugeot” avtomobillərinin istehsalçısı “PSA Group”da (-67%) olduğunu bildirib. Qeyd edilir ki, satışların kəskin azalmasından ən az təsirlənən “Volvo Corp.’s” (-35%) olub.

Satışların azalmasının əsas səbəbi kimi, Avropa bazarlarının çoxunun koronavirus pandemiyasına görə bağlı olması və təcrid rejiminin davam etməsi göstərilir.

Share