Avroviziyanın 2021-ci ildə keçiriləcəyi yer müəyyənləşib

Avroviziyanın 2021-ci ildə keçiriləcəyi yer müəyyənləşib

17.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Avroviziya-2021″ beynəlxalq mahnı müsabiqəsi 2021-ci ildə Rotterdamda keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə tədbirin təşkilatçıları məlumat veriblər. 

Şənbə günü təqdim olunan “Europe shine a light” adlı şou 46 cölkəyə trransilyasiya olunub. Bildirilib ki, növbəti il keçiriləcək müsabiqədə yeni mahnılar tələb ediləcək. 

Qeyd edək ki, 65-ci “Avroviziya-2020″ beynəlxalq mahnı müsabiqəsinin mayın 16-da Niderlandın Rotterdam şəhərində keçirilməli olan final mərhələsi COVİD-19 pandemiyası ilə əlaqədar təxirə salınıb. 

Xatırladaq ki, Azərbaycanı bu müsabiqədə Samira Əfəndi “Kleopatra” mahnısı ilə təmsil edirdi. 

Share