Avtobus yük maşını ilə toqquşub

Avtobus yük maşını ilə toqquşub

23.08.2019

9:50

Malinin Sequ şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub.

“RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 6 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 19-nun vəziyyətinin ağır olduğu qeyd edilir.

İlkin məlumata əsasən, yük maşınının hərəkətin qarşı istiqəmətinə çıxaraq sərnişin avtobusuna çırpılıb.

Bildirilir ki, qəzaya səbəb sürət həddinin aşılması və ya yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email