Axtarışda olan qadın həbs edildi

Axtarışda olan qadın həbs edildi

06.04.2020 Off By admin

Mingəçevirdə axtarışda olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

HAKİMİYYET.com xəbər verir ki, Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də şəhər ərazisində Yevlax rayon sakini K.Kərimovun cibindən 210 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Kadırova saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Mingəçevir şəhər sakini A.Əliyevin cibindən 155 manat oğurlaması da müəyyən edilib.

Share