Ayətullah Əli Xamneyi: İran ABŞ-ın təzyiqləri qarşısında əyilməyəcək

Ayətullah Əli Xamneyi: İran ABŞ-ın təzyiqləri qarşısında əyilməyəcək

04.11.2019

0:25

İran ABŞ-ın təzyiqləri qarşısında əyilməyəcək və rəsmi Vaşinqtonla heç bir danışıq aparmayacaq.

Bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi deyib. Bildirib ki, Amerika ilə dialoq İranın heç bir problemini həll etməyəcək. Ona görə də danışıqlara ehtiyac yoxdur.

Ali Rəhbər qeyd edib ki, İran İslam İnqilabından ötən 41 il ərzində ABŞ İran xalqına qarşı düşmənçilik siyasəti yürüdüb. Buna cavab olaraq İran da təhlükəsizliyini təmin edib. Ən başlıcası odur ki, ABŞ-ın İrana müdaxiləsinin qarşısı alınır. Bəzi hallarda isə İran ABŞ-ı küncə sıxışdırıb. İran danışıqlardan imtina etməklə də ABŞ-ın müdaxiləsinin qarşısını alır. Bu isə o deməkdir ki, İran xalqı ABŞ-ın diktaturasını qəbul etmir.

Əli Xamneyi Şimali Koreya və Kubanı misal göstərərək bildirib ki, bu dövlətlər ABŞ ilə danışıqlara başlasalar da, heç bir nəticə əldə edə bilmədilər. ABŞ Prezidenti bu dövlətlərin rəhbərləri ilə görüşdü, lakin sanksiyalar aradan qaldırılmadı. İran təzyiq altında mənasız danışıqlar aparmayacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email