“Ayaks” APOEL-lə bacarmadı

“Ayaks” APOEL-lə bacarmadı

21.08.2019

9:31

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

matc.az-a istinadən bildirir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu doğma azarkeşləri qarşısında Hollandiya “Ayaks”ını qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.

Rumıniyanın ÇFR-i “Slaviya”nı (Çexiya), Avstriya LASK-ı isə Belçika “Brügge”sini qəbul edib. Bu oyunlarda isə qonaq komandalar minimal hesabla üstün olublar.

Pley-off mərhələsinin ilk oyunlarına sabah keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email