Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramı daha geniş olmaqla 1 milyard manatlıq maliyyə yükünə malikdir. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bu istiqamətdə müvafiq sərəncam imzalayıb və tapşırıqlar verib:

“Cənab Prezidentin imzaladığı müvafiq sərəncamın icrası ilə əlaqədar yaradılan işçi qrupları tərəfindən 9 proqram hazırlanıb. Həmin proqramlardan ikisi dövlət və biznes sektoruna dəyən zərərlərin qarşısının alınması ilə bağlıdır.

Proqramlara uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi nəzərdə tutulur. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 290 mindən çox fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramının başlıca şərti isə iş yerlərinin azaldılmamasına yönəldilib”.

Share