AYİB Gəncədə yeni layihələr maliyyələşdirə bilər

04.03.2020 Выкл. Автор admin

Gəncə şəhəri və Avropa və Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəlib. Bank şəhərdə infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır.

AYİB-dən «APA-Economics»ə verilən məlumata görə, Gəncə şəhərində infrastrukturun və yaşayışın yaxşılaşdırılması Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink arasında bu gün Bakıda keçirilən görüşün əsas mövzusu olub.

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərinin Bankın investisiya qoyuluşu etdiyi ölkələrdə 40 şəhərin inkişafına dəstək olmuş AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlı olduğu qeyd edilib.

Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazırdır.

AYİB Yaşıl Şəhərlər proqramı şəhərlərin öz sakinlərinin həyat keyfiyyətini yüksəltməyə kömək üçün əlçatan dəstəyi təklif etmək məqsədilə yaradılıb. Proqramda iştirak edən bütün şəhərlər öz yerli mühitini yaxşılaşdırmağı hədəfləyən ilk layihəni həyata keçirdikdən  sonra, AYİB-in köməkliyi ilə öz ehtiyaclarına ən uyğun gələn növbəti investisiya və siyasət dəyişikliklərini müəyyən etmək üçün tədbirlər planı hazırlamağa başlayır.

Dünyada enerjinin 70%-ni istehlak edən və istixana qaz emissiyalarının 80 faizi payına düşən şəhərlər iqlim dəyişikliyi və ətraf mühitin məhvini dayandırmaq üçün böyük imkan vəd edir. Bu hal xüsusilə AYİB-in fəaliyyət göstərdiyi şəhərlər üçün xüsusilə aktualdır. Belə ki, bu şəhərlərdə köhnə şəhər infrastrukturları vətəndaşların həyat keyfiyyətini aşağı salr, istixana qaz emissiyalarını artırır və sakinlərin iqlim dəyişikliyinin şərtlərinə uyğunlaşmasına çətinlik yaradır.

Qeyd edək ki, AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 mlrd. avro investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq şirkətin öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.

Share