Azər Həsrət Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısından danışır

Azər Həsrət Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısından danışır

14.09.2019

0:13

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, dünyanın müxtəlif yerlərindən mətbuat liderlərinin Bakıda toplaşması təqdirə layiq hadisədir

Sentyabrın 12-də Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb. Tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr iştirak edirlər. Tədbirə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də qatılıblar.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal platformalar üçün əlverişli yer olduğunu göstərir:

“Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısını Bakıda keçirməsi də bu qəbildəndir. Dünyanın müxtəlif yerlərindən mətbuat liderlərinin Bakıda toplaşması təqdirə layiq hadisədir. Bu tədbirin ölkəmizdə keçirilməsi bizim üçün bir fürsətdir”.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email