Azərbaycan ət idxalını azaldıb

29.12.2019 Off By admin

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 111,45 min ABŞ dolları dəyərində diri heyvan ixrac edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, diri heyvan ixracı ötən ilin eyni dövr ilə müqayisədə 3,5 dəfə azalıb. Bu müddətdə ölkəyə eyni adla məhsul idxalı isə illik 1,6% azalaraq 52 750,47 min ABŞ dolları təşkil edib. Bu, cəmi idxalın 0,43%-i deməkdir.

Həmçinin hesabat dövründə ölkədən 612,81 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ixracda 1,7 dəfə azalma qeydə alınıb.

Bununla yanaşı, hesabat dövründə illik müqayisədə 12,6% çox – 71 662,63 min ABŞ dolları dəyərində idxal reallaşdırılıb ki, bu da cəmi idxalın 0,58%-ni təşkil edib.