Azərbaycan birinci rübdə ən çox İtaliyaya məhsul göndərib

Azərbaycan birinci rübdə ən çox İtaliyaya məhsul göndərib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Cari ilin yanvar-mart aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, üç ayda ixracda əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 1 milyard 828,4 milyon ABŞ dolları, Türkiyəyə 350,6 milyon dollar, İsrailə isə 253,8 milyon dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə isə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 947,8 milyon dollar, Türkiyə ilə 740,4 milyon dollar, Rusiya ilə isə 573,9 milyon dollar təşkil edib.

Share