Azərbaycan biznesmenləri Bryanska səfər edəcəklər

Azərbaycan biznesmenləri Bryanska səfər edəcəklər

10.10.2019

15:44

Azərbaycan biznesmenləri biznes missiya ilə Rusiyanın Bryansk vilayətində olacaqlar.

Bryansk vilayətinin İdxalın Dəstəklənməsi Mərkəzindən səfərdən məqsəd azərbaycanlı biznesmenlərin işgüzar tərəfdaşlar tapmasıdır. Burada keçiriləcək görüşlərdə əməkdaşlığın müxtəlif variantları ətrafında fikir mübadiləsi aparılacaq. Oktyabrın 21-də Bryanskda keçiriləcək görüşdə iqtisadi inkişaf üzrə regional departamentin əməkdaşları da iştirak edəcəklər. Həmin gün işgüzar danışıqların aparılacağı Rusiya-Azərbaycan əlaqələri birjasının da açılışı olacaq. Artıq Azərbaycanın iki böyük ticarət şəbəkəsi – “Spar” və “Araz” həmin görüşlərdə iştiraklarını təsdiq ediblər.

Xatırladaq ki, avqustda Bryansk şirkətləri Azərbaycanda keçirilən analoji işgüzar missiyada iştirak ediblər.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email