Azərbaycan bu ilin ilk rübündə Gürcüstandan 8 minə yaxın avtomobil idxal edib

Azərbaycan bu ilin ilk rübündə Gürcüstandan 8 minə yaxın avtomobil idxal edib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin I rübündə Gürcüstanın Azərbaycana ikinci əl avtomobil ixracı illik müqayisədə 4 394 ədəd və ya 2,2 dəfə artaraq 7 983 ədədə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri illik müqayisədə 44 950,9 min ABŞ dolları və ya 2,3 dəfə artaraq 79 195,9 min dollar təşkil edib. Belə ki, Gürcüstan 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana 34 245,0 min dollar dəyərində 3 589 ədəd avtomobil ixrac edib.

Share