Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bayram konserti
27.12.2019Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə rektor Mustafa Babanlı əlamətdar günlər münasibətilə universitetin əməkdaşlarını və tələbələrini təbrik edib.
2019-cu ildə universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən danışan rektor qarşıdan gələn yeni ildə təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayıb.
Sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı və tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.