Azərbaycan kimya sənayesi məhsullarının istehsalını 25% artırıb

Azərbaycan kimya sənayesi məhsullarının istehsalını 25% artırıb

21.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda bu ilin yanvar-aprel aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 385,1 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7% , kimya sənayesində 24,9%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20,% artıb.

Məlumata əsasən, hesabat dövrü əsas kimya məhsullarından metanol istehsalı 67,6%, etilen istehsalı 18,2%, propilen istehsalı 17,9% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1 dəfə, bərk polipropilen boruların istehsalı 77,9%  artıb.

 

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci il, yanvar-aprel

2019-cu ilim yanvarı-apreli ilə nisbətən, %

Azot, min kub m

7 480

99

ondan əmtəəlik

219,9

61,4

Yod, ton

55,4

87,2

Oksigen, min kub m

780,9

71,1

ondan əmtəəlik

764,4

71,2

Propilen, min ton

44,8

117,9

ondan əmtəəlik

43,7

115,3

Polietilen, min ton

31,8

75,5

Etilen, min ton

57,7

118,2

Metanol (metil spirti), min ton

161,1

167,6

Lak-boya məmulatları, ton

3 693,8

57,6

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

8 448,8

133

Share