Azərbaycan kuboku yarışlarında final görüşünün keçiriləcəyi stadion müəyyənləşib

Azərbaycan kuboku yarışlarında final görüşünün keçiriləcəyi stadion müəyyənləşib

30.04.2021 Выкл. Автор admin

Futbol üzrə Azərbaycan kuboku yarışlarında 2020/2021-ci il mövsümünün final görüşünün keçiriləcəyi stadion müəyyənləşib.

Peşəkar Futbol Liqası xəbər verir ki, “Sumqayıt” və “Keşlə” komandaları arasında baş tutacaq final mayın 24-də “Bank Respublika Arena”da oynanılacaq.

Qarşılaşmanın başlanma saatı hələ müəyyənləşməyib.

«Hakimiyyet.com»

Share