Azərbaycan martda gündəlik 763,9 min barel neft hasil edib

Azərbaycan martda gündəlik 763,9 min barel neft hasil edib

08.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barel olub.

Trend-in məlumatına görə, bunun 683,7 min barelini xam neft, 80,2 min barelini kondensat təşkil edib. Gündəlik 418,9 min barel xam neft, 76,2 min barel kondensat, 15,5 min barel neft məhsulları ixrac edilib.

2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.




Energetika Nazirliyi mart üzrə hasilat göstəriciləri ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin 31 mart tarixində başa çatıb. Sabah OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında 9-cu iclası keçiriləcək.

Share