Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 3.3 milyon manat ayrılıb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 3.3 milyon manat ayrılıb

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Prezident İlham Əliyev Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılır.

 

Share