Azərbaycan milli komandasının üzvü Fransaya buraxılmayıb

Azərbaycan milli komandasının üzvü Fransaya buraxılmayıb

09.10.2019

9:38

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah – oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.

AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Tural Bayramlı ötən mövsüm Latviyada, “Dauqavpils” klubunda çıxış edib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email