Azərbaycan millisinin sabiq voleybolçusu daha bir il Braziliyada çıxış edəcək

Azərbaycan millisinin sabiq voleybolçusu daha bir il Braziliyada çıxış edəcək

15.04.2020 Off By admin

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimova daha bir Braziliyada çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, “Sesi Volley” komandasının şərəfini qoruyan hücumçu 428 xalla Braziliya çempionatının bombardiri olub. Klub rəhbərliyi P.Rəhimova ilə danışıqlar aparıb və voleybolçunun daha bir il “Sesi Volley”də çıxış etməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Polinanın komandası ölkə çempionatında dördüncü yeri tutub.

Share