Azərbaycan “Moskva premyerası” festivalında iştirak edəcək

Azərbaycan “Moskva premyerası” festivalında iştirak edəcək

10.10.2019

16:07

Rusiya paytaxtında MDB ölkələrinin “Moskva premyerası” Beynəlxalq Kino Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan kinematoqrafçılarının iki filmi nümayiş etdiriləcək. Oktyabrın 29-dan noyabrın 3-dək davam edəcək festival MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçirilir.

Kinofestival çərçivəsində Azərbaycan kinematoqrafçılarının – Elmar İmanovun “Mövsümün sonu” və Teymur Hacıyevin “Duz, istiot zövqə görə” filmləri nümayiş olunacaq. Bütün filmlər istehsalçı ölkənin dilində, rus dilində subtitrlərlə təqdim ediləcək.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email