“Azərbaycan naminə” esse müsabiqəsi davam edir

07.03.2020 Выкл. Автор admin

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tələbələr arasında elan etdiyi “Azərbaycan naminə” esse yazı müsabiqəsi davam edir.

Azərbaycan İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, müsabiqədə bu ali təhsil müəssisəsi ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Memarlıq və İnşaat, Bakı Mühəndislik, Bakı Slavyan, Gəncə və Lənkəran Dövlət universitetlərinin tələbələri iştirak edə bilərlər.

Esse müsabiqəsinə təqdim olunan yazılar “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Azərbaycançılıq məfkurəsi”, “Mənəvi dəyərlərimiz” mövzularını əhatə etməlidir. Müsabiqədə iştirak etmək istəyən tələbələr esseləri martın 10-dək aze.namine@gmail.com elektron poçt ünvanına göndərməlidir.

Qaliblər I yer 800 manat (1 nəfər), II yer 600 manat (2 nəfər), III yer 400 manat (3 nəfər), həvəsləndirici yer 150 manat (5 nəfər) olmaqla mükafatlandırılacaq.

Share