Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncədə dəfn olunub

Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncədə dəfn olunub

23.02.2021 Выкл. Автор admin

Vətən müharibəsində itkin düşən daha bir hərbiçimizin şəhid olduğu müəyyənləşib.

 Vətən müharibəsinin itkin düşmüş hərbiçilərin siyahısında olan Əmrah Rajapovun şəhid olduğu təsdiqlənib.

5 aydan sonra şəhid olduğu müəyyənləşən hərbçimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ə. Rajapov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də şəhid olub.

Xatırladaq ki, 2000-ci il təvəllüdlü Ə. Rajapov Gəncədə anadan olub. Uşaq  yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən Uşaq evində böyüyüb. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Allah rəhmət eləsin!

«Hakimiyyet.com»

 

Share