Azərbaycan Prezidenti: Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır

Azərbaycan Prezidenti: Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılışindan sonra Cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə mərkəzinin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Şadam ki, bu gözəl binada “Azərenerji”nin bir çox qurumları yerləşir. Dispetçer mərkəzi, baş idarəetmə mərkəzi, energetika institutu, tədris mərkəzi, laboratoriya, energetiklərin mədəniyyət mərkəzi. Hesab edirəm ki, indi burada şərait çox yaxşıdır. Bu binada qısa müddət ərzində əsaslı yenidənqurma işləri aparılmışdır. Demək olar ki, bina yenidən qurulmuşdur və indi bir yerdə, bir mərkəzdə “Azərenerji”nin əsas departamentləri yerləşir və beləliklə, idarəetmə üçün daha da gözəl imkan yaranır. Çünki bundan əvvəl “Azərenerji”nin departamentləri, qurumları müxtəlif yerlərdə yerləşirdi, bəzi hallarda yarımstansiyaların binalarında yerləşirdi və əlbəttə ki, idarəetmə üçün bu, o qədər də məqbul hal deyildi.

Bu bina sovet dövründə tikilib və bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarılmışdı, “Azərenerji”nin balansından çıxarılmışdı. Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks-təqdirdə bu binanı özəlləşdirən hansısa sahibkarların burada nə yaradacaqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hektara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti yaradılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar.

Share