Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

11.04.2020 Off By admin

Çox hörmətli cənab Prezident.

Hazırda dünyada böyük bir bəlaya çevrilən koronavirus pandemiyası bizi nə qədər qorxutsa da, Sizin məqsədyönlü tədbirləriniz bizi bir o qədər səbirli və təmkinli olmağa, birgə mübarizə aparmağa səsləyir. Bu çətin dövrdə biz bir daha əmin olduq ki, güclü və qüdrətli ölkənin vətəndaşlarıyıq. Həm dövlətimizin maliyyə dayaqları möhkəmdir, həm də səhiyyə sahəsində potensial virusla səmərəli mübarizəyə imkan verir. Eyni zamanda, təlaşdan ona görə uzağıq ki, Siz koronavirusla mübarizə imkanlarını daha da genişləndirmək üçün mütəmadi addımlar atır, mühüm işlər görürsünüz. “Yeni klinika” tibb mərkəzinin ilkin olaraq koronavirus xəstələrinin ixtiyarına verilməsi, tibbi maska istehsal edən müəssisənin açılması, ən qiymətli tibbi ləvazimatların alınaraq ölkəmizə gətirilməsi bunun əyani sübutudur. Adlarını çəkdiyimiz müəssisələrin açılışlarında şəxsən iştirak etməyiniz, mövcud vəziyyətlə yerində tanış olmağınız bu məsələyə necə diqqətlə yanaşdığınızı göstərir.

Əziz Prezidentimiz, Sizin kimi qayğıkeş və müdrik rəhbərimiz olduğu üçün biz xoşbəxt insanlarıq. Xalqını düşünən, onun üçün fədakar əmək sərf edən hər kəs ən xoş sözlərə layiqdir. Bu gün bizim ən xoş sözlərimiz və ən xoş arzularımız Sizinlə bağlıdır. Ulu Tanrı xalqımızı bu bəladan hifz etsin.

Hörmətlə,

Fətullayev Rəşad Əzizağa oğlu

Əliyev Şərafət Cankişi oğlu

Mirzəyeva Gülşən İmaməli qızı və başqaları.

 Azərbaycan Respublikası, Masallı rayonu.

Share