Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

09.04.2020 Off By admin

Cənab Ali Baş Komandan.

Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Dünyanı lərzəyə salan koronavirus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük. Sizin rəhbərliyinizlə xalqımız bir çox sınaqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə qurtulacağımıza böyük inamımız var.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınız xalqımızın həmrəyliyinə, birliyinə sanki yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyin və gücün sayəsində də koronavirusa qalib gələcəyik.

Hörmətlə,

Şıxəliyev Ramin Rasim oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.

Share