Azərbaycan qılıncoynadanlarının da qatılacağı turnirlər təxirə salınıb 

Azərbaycan qılıncoynadanlarının da qatılacağı turnirlər təxirə salınıb 

15.04.2020 Off By admin

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) iyunadək nəzərdə tutulan bütün beynəlxalq turnirləri qeyri-müəyyən müddətədək təxirə salıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı bütün yerli federasiyalara məktub ünvanlanıb.

Təxirə salınan yarışlara “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kuboku da daxildir.

Mart ayından əvvəl qazanılan nəticələr isə qüvvədə saxlanılıb. Bundan əlavə, yarışlar dayandırıldığından, idmançıların reytinq cədvəli də “dondurulub”.

Qeyd edək ki, bu yarışlarda Azərbaycan qılıncoynadanlarının da iştirakı nəzərdə tutulurdu.

Share