Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə M Ü R A C İ Ə T

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə M Ü R A C İ Ə T

29.03.2019

12:25

Mən 2002-ci ildl Beynəlxalq Bankın Səbail filialından bankın əməkdaşının satdığı cip GRAND CEROOKE markalı avtomobili 24000 ABŞ dollarına almış, buna görə 12000 ABŞ dolları bankın Dəyanət adlı işçisinin özünə və qayınatasına nağd ödəmiş, 12000 dolları isə həmin bankdan maşını girov qoymaqla kredit götürərək onlara ödəmişəm. Az müddət sonra aldandığımı görüb maşını bankın işçisinə geri qaytarmış və pulumu geri istəmişəm. Maşını 2004-də başqasına satan bank onu mənim adımdan başqasının adına keçirtməmiş, məndən baş mülki etibarnamə alarkən notariusa girovun mənim adımdan çıxarılması barədə məktub təqdim etsə də, sonradan maşını satdıqları şəxsin adına keçirtməmiş, bugünədək bankda 7500 dollardan yuxarı borc  da mənim adımda qalmışdır. 2004-cü ildə maşını satdıqları Seymur adlı şəxs İsmayıllıda qəza törətmiş və 4 il azadlıqdan məhrum edilmişdir. Dəfələrlə banka gələrək Dəyanətdən və Bankın rəhbərliyindən həm pulumu və həm də kreditin mənim adımdan çıxarılmasını tələb etmiş, onlarla isti münasibətlərimdən istifadə edərək məni “arxayın ol, həll edərik”- deməklə aldatmışlar. 2012-ci ildə mənimlə yenidən müqavilə bağlayıb tamamilə yararsız vəziyyətdə olan maşını mənə verərək yeni müqavilədə göstərilən 5000 manatı  bir ilə özləri bağlayacaqlarına söz vermişlər. Guya Hacı Məmmədovun bankın müdirini öğurladıqlarına görə bərk xərcə düşmüş və mənim də onları başa düşməyimi xahiş etmişlər. Amma mən maşının üstünə 4000 min manat qoyub onu əmələ gətirsəm də, onlar həmin 5000 manatı ödəməmiş, məni növbəti dəfə aldatmışlar. Bugünədək həmin borc mənim adımda qalıb və bugünkü kursla 15000 manata yaxın hesablanıb. Belə ədalətsizlik, qansızlıqmı olar? İndi həmin bankın işçiləri də yoxa çıxıb, öz pulum da batıb, adıma kredit borcu da qalıb, 2002-də olan 7500 dollar indi olub 15000 manat. Dəfələrlə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etsəm də, heç bir nəticə və araşdırma yoxdur. Mən nə etməliyəm? 2-ci qrup əliləm, xaricə müalicəyə getməliyəm,  Beynəlxalq Bankın problemli kreditlərinin həlli AQRARKREDİT təşkilatina  tərəfinizdən tapşırılmışdır. Təşkilatın rəhbərliyi bunu araşdırmadan Bakı Şəhər Baş Polis İdarəsi vasitəsiylə mənim ölkədən çıxışıma “stop” qoyulmuşdur.  Əlbəttə, bu da qanunsuzdur, amma deyirlər ki, Prezidentin tapşırığıdır, bız heç nə edə bilmərik. Bu barədə Baş Polis İdarəsi də müraciətimə məhəl qoymur, “get bankla danış!” deməklə məni özlərindən uzaqlaşdırır.

Cənab Prezident! Mən 1991-ci ildən ölkə mətbuatında çalışır, 1993-cü ildən “El qəzeti”nin, 1994-cü ildən “Hakimiyyət” qəzetinin, 2014-cü ildən “Patrio” və “Portret” jurnallarının Baş redaktoru, “hakimiyyet.com” saytının rəhbəri, 1994-cü ildən AJB-nin üzvüyəm. Dəfələrlə ədalətsizlik, haqsızlıqla üzləşmişəm. Bu da mənə qarşı edilən növbəti haqsızlığın, ədalətsizliyin bir təzahürüdür.  Bankda  mənə Sizin 28 fevral tarixli Fərmanınızın mənə heç bir aidiyyatı olmadığını bildirəndə Fərmanı eşidərkən keçirtdiyim xoş hisslər alt-üst oldu. Belə çıxır ki, Beynəlxalq Bankın sabiq rəhbərliyinin və bir qrup fırıldaqçının mənimsədiyi pulları mən ödəməliyəm?!

Cənab Prezident!

Sizə müraciət edib ədalətsizliyin tezliklə həllinə göstəriş verməyinizi xahiş edirəm!

 

 

 

Füzuli Əfqan oğlu İsmayılov

050 680 99 76

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email