Azərbaycan Respublikası Prezidentinin Fərmanı

24.12.2019 Off By admin

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1720-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1720-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.4-cü maddəsinə uyğun olaraq, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

2.2. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 65.2, 115.4 (ikinci halda), 118.3, 118.5–118.8, 118.9 (hər iki halda), 118.11, 118.12, 118.13 (hər üç halda), 118.14, 118.18, 118.22, 118.23, 119.1, 119.3, 119.5 (hər iki halda), 119.7, 119.8, 119.10, 119-1.1, 124.4, 130.2, 130.4 (hər iki halda), 130.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

2.3. həmin Məcəllənin 118.20-ci və 131.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

2.4. həmin Qanunun 114.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər;

2.5. həmin Məcəllənin 115.4-cü (birinci halda) maddəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2019-cu il noyabrın 1-dək mərkəzləşdirilmiş uçota alınan valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir ay müddətində verilməsini təmin etsinlər.

4. Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları 2019-cu il noyabrın 1-dək məhkəmələrin icraatında olan övladlığa götürmə ilə bağlı işlər üzrə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verilməsinə dair həmin orqanların topladıqları sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir ay müddətində verilməsini təmin etsinlər.

5. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164; 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393; № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2-ci hissə üzrə:

5.1.1. ikinci abzasdan “115.6,” və “119.2,” rəqəmləri çıxarılsın;

5.1.2. dördüncü abzasdan “118.3, 131.4 (birinci halda),” sözləri çıxarılsın;

5.1.3. doqquzuncu abzasda “114.2 ( birinci halda)” sözləri “114.2, 114.3” rəqəmləri ilə, “115.4 (birinci halda)” sözləri “115.3” rəqəmləri ilə əvəz edilsin və həmin abzasdan “115.7” rəqəmləri, “122.1, 122.4 (birinci halda), 131.4 (ikinci halda), 134.3,” sözləri və “,178.2” rəqəmləri çıxarılsın;

5.1.4. on birinci, on ikinci və on üçüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

“həmin Məcəllənin 65.2, 115.4 (ikinci halda), 118.3, 118.5–118.8, 118.9 (hər iki halda), 118.11, 118.12, 118.13 (hər üç halda), 118.14, 118.18, 118.22, 118.23, 119.1, 119.3, 119.5 (hər iki halda), 119.7, 119.8, 119.10, 119-1.1, 122.1, 124.4, 130.2, 130.4 (hər iki halda), 130.5, 131.2, 133, 134.13, 155.5, 178.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

həmin Məcəllənin 118.20-ci və 131.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

həmin Məcəllənin 115.4 (birinci halda), 115.7-ci maddələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında” 2001-ci il 4 iyul tarixli 519 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1720-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 519 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 456; 2002, № 8, maddə 478; 2007, № 3, maddə 226) V hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.2 – 2.1.6-cı yarımbəndlər ləğv edilsin;

2.2. 2.3.6-cı və 2.4.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3.6. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq vahid uçota alınmış valideyn himayəsindən məhrum olan 3 yaşından yuxarı uşaqların yerləşdirilməsinə yardım edir;”;

“2.4.5. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq vahid uçota alınmış valideyn himayəsindən məhrum olan 3 yaşınadək uşaqların yerləşdirilməsinə yardım edir;”;

2.3. 2.5.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.5.11–2.5.16-cı yarımbəndlər əlavə edilsin:

“2.5.11. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürmək arzusunda olan şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunu elektron qaydada aparır;

2.5.12. övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin edir;

2.5.13. bu Qaydanın 2.5.12-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsi zamanı rəy verilməsini təmin edir;

2.5.14. övladlığagötürmə sahəsində vahid nəzarətin, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin edir;

2.5.15. övladlığagötürmənin ləğvi ilə bağlı tədbirlər görür;

2.5.16. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirir.”;

2.4. 2.7.15-ci və 2.8.5-ci yarımbəndlərdə “ləğvi məqsədi ilə tədbirlər görür” sözləri “ləğvinə yardım edir” sözləri ilə əvəz edilsin;

2.5. 2.8.3-cü yarımbənddən “valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu aparır,” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.6.4-cü yarımbəndindən “övladlığa götürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy təqdim etmək,” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 20 oktyabr tarixli 168-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 12 mart tarixli 547 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli və “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1720-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 20 oktyabr tarixli 168-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 547 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 226) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci və 2-ci hissələrdə “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.2. 3.1-ci və 3.2-ci bəndlərdə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1732, № 8, maddə 1397; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 870 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.57-3-cü yarımbəndi ləğv edilsin.

3. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddə 1233) ilə təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 3.1.1-2-ci yarımbəndi ləğv edilsin.

4. “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2550) 1-ci hissəsində “əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini və həmin şəxslərə” sözləri “övladlığa götürmək istəyən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il.

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 593 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 167; 2002, № 8, maddə 482; 2006, № 9, maddə 743; 2007, № 6, maddə 601) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci və ikinci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.2. üçüncü və dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 7-ci maddəsinin üçüncü hissəsində, 8-ci maddəsinin beşinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin dördüncü hissəsində, 17-ci, 18-ci maddələrində, 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində nəzərdə tutulmuş “orqanın (qurumun) kitabxanası” və ikinci bəndində nəzərdə tutulmuş “orqanın (qurumun) kitabxanaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq təsdiq etdiyi kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasında müəyyən edilirlər;”;

1.3. ikinci‒yeddinci abzaslar müvafiq olaraq 2.1‒2.6-cı bəndlər hesab edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində nəzərdə tutulmuş “orqanın (qurumun) kitabxanası”nı və ikinci bəndində nəzərdə tutulmuş “orqanın (qurumun) kitabxanaları”nı, onların hər birinin adını göstərməklə, həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq təsdiq etdiyi kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasında bir ay müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il.

Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;

1.2. həmin Qanunun 7.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 628) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 7.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 7.1-ci maddəsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq, xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydasını 3 ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, Azərbaycan Respublikasının Dövlət Himnini prokurorluq orqanları işçilərinin ifa etməsi, dinləməsi və oxuması qaydasını müəyyən etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il.

Share