Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.08.2019

12:33

K.Ə.Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında əmlak məsələləri sahəsində dövlət idarəetməsinin təşkilində səmərəli fəaliyyətinə görə Kərəm Əvəz oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2019-cu il

 

Kərəm Əvəz oğlu Həsənov 02 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur.1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirərək «İqtisadçı» ixtisasına yiyələnmişdir.

1988-1989-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur.

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi işləmişdir.

1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru, nazir müavini vəzifələrində çalışmışdır.

2001-2005-ci illərdə İqtisadi İnkişaf Naziliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.

2005-2009-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.

19 may 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, üç övladı var.

Kərəm müəllimi kollektiv adından biz də təbrik edirik!

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email