Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

24.07.2019

14:41

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4 maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 696, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (I kitab), maddə 2472; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 72.2-ci maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 73.3-cü maddə əlavə edilsin:

“73.3. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.”.

3. 99-1-ci maddə üzrə:

3.1. 99-1.1-ci maddəyə “aşağıda göstərilən əmlakın” sözlərindən sonra “məhkəmənin yekun qərarı ilə” sözləri əlavə edilsin;

3.2. 99-1.1.1 və 99-1.1.2-ci maddələrdə “məhkumun” sözü “şəxsin” sözü ilə əvəz edilsin;

3.3. 99-1.3-cü maddənin birinci cümləsində “Məhkum” sözü “Cinayət törətmiş şəxs” sözləri ilə, ikinci cümləsində “məhkum” sözü “cinayət törətmiş şəxs” sözləri ilə əvəz edilsin.

4. 99-2-ci maddə üzrə:

4.1. adında “Əmlakın dəyərinə görə” sözlərindən sonra “xüsusi” sözü əlavə edilsin;

4.2. mətnində “məhkuma məxsus olan digər əmlak” sözləri “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi” sözləri ilə əvəz edilsin.

5. 99-3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“99-3.2. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir.”.

6. 99-4.6-cı maddəyə “271–284,” rəqəmlərindən sonra “303.2,” rəqəmləri əlavə edilsin.

7. 99-5.3-cü (ikinci halda), 99-5.3.1 – 99-5.3.6-cı maddələr müvafiq olaraq 99-5.4-cü, 99-5.4.1 – 99-5.4.6-cı maddələr hesab edilsin.

8. 209.3-cü maddədə “209.1-ci maddəsində” sözləri “209.1 və 209.2.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

9. 213.3-cü maddədə “213.1-ci maddəsində” sözləri “213.1 və 213.2.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

10. 234.4-cü maddədə “və 234.3-cü” sözləri “, 234.3 və 234.3-1-ci” sözləri ilə əvəz edilsin.

11. 303.2-ci maddəsinə “Məhkəmənin hökmünə” sözlərindən sonra “(qərarına)” sözü və “hökmünün” sözündən sonra “(qərarının)” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email