Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

23.04.2019

17:21

    Növbəti məhkəmə ədalətsizliyi  

AR CM 120.1 maddəsi ilə 13 il  müddətə azadlıqdan məhrum edilmiş, məhkum      Baxışov    Tərlan     Əzizbala oğlunun anası Baxışova Sevil Oqtay qızı tərəfindən  

 M Ü R A C İ Ə T

               Hörmətli Ilham Heydər oğlu!

Ülvi niyyətlərlə ümümxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasınının Konstitusiyasında və cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan hüquqlarımdan istifadə edərək Sizə müraciət edir, oğluma qarşı törətdiyi cinayətə görə verilmiş ədalətsiz cəzanın yüngülləşdirilməsinə, həmçinin  cinayətin belə ağır nəticələnməsinə səbəb olan amillərin istər istintaq, istərsə də məhkəmədə araşdırılmasına mane olan şəxslərin cəzalandırılmasını Sizdən xahiş edirəm!

Azərbaycan Respublikasının Ali Məhkəsinin Plenum qərarlarında və Konstitusiyanın 57-ci maddəsində qeyd olunub ki, müraciət etmək hüququ  “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır… Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir”. 8-ci maddədə isə qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır”. 26-ci maddədə qeyd olunur ki, “Hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Qanunlarımızda acıq-aşkar göstərilir ki, “Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın (Maddə 60) .  Konstitusiyanın 26-cı maddəsinin tələblərində qeyd olunmuşdur ki,

I.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

     II.Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2016-cı il tarixli hökmü ilə(sədrlik edən X.A.Nuriyev) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə oğlum Baxışov Tərlan Əzizbala oğlu təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13(on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 21 oktyabr 2015-ci il  saat 23 radələrində oğlum ailəsilə birlikdə yaşadığımız Ağsu şəhəri, Vidadi küçəsi, 58 nömrəli evdə olarkən Ağsu şəhər sakini kimi əvvəllər münasibətdə olduğu tanışı Osmanov Rüstəm Şamxal oğlu 070-562-48-61 mobil telefonundan  saat 23:45-dən etibarən oğlumun 070-654-15-15 nömrəli mobil telefonuna zəng edərək, ona  5.000 manata satdığı “Mercedes-Benz” markalı, AZ 01-BX-099 dövlət qeydiyyat nişanlı avtomaşını ucuz satmasını, ona hədə- qorxu gəlməklə əlavə olaraq  2.000 manat pul verməli olduğunu əsas gətirərək telefonda mübahisə etmiş, bundan sonra Rüstəm Osmanov özünə məxsus “Opel” markalı, AZ55-BK-305 dövlət qeydiyyat nişanlı avtomaşınla digər bir tanışı ilə 22 oktyabr 2015-ci il tarixdə gecə saat 00:15-də yaşadığımız evin qarşısına gəlmiş, həyətə daxil olmuş, həyətdə oğlumla azyaşlı uşaqların evdə yatdığı vaxt, mənim və həyat yoldaşının yanında Tərlanla mübahisə etmiş, nalayiq söyüşlər işlətmiş, təhqir edib öldürəcəyi, övladlarını öğurlatdıracağını deməklə onu hədsiz dərəcədə özündən çıxmasına və nəticədə ağır cinayət hadisəsinin baş verməsinə səbəb olmuşdur. Ən dəhşətlisi budur ki, Rüstəm Osmanov hələ oğluma zəng vurub hədə qorxu gələndə bu hadisələr baş verməsin deyə oğlum  evdən “102” xidmətini yığaraq hadisə barəsində məlumat vermiş, kömək istəmiş, ancaq zəngdən bir-iki saat keçsə də, heç bir polis gəlməmişdir. Bu faktı nə istintaq, nə də məhkəmə araşdırmadan oğlumun barəsində ədalətsiz hökm vermişdir. Həmçinin məhkəmə oğlumun illər öncə avtomobil qəzasında aldığı kəllə-beyin zədəsindən ruhi dispanserdə qeydiyyatda olduğnu, belə əsəb gərginliyi zamanı affekt vəziyyətə düşə biləcəyini qətiyyən araşdırmamışdır. Daha sonra oğlumun digər konstutision hüquqları da pozulmuşdur. Onun Apellyasiya və Kassasiya şikayət hüququ tam əsassız əlindən alınmışdır.  Belə ki,h əmin hökm oğluma qəbzə imza edilməklə 18 may 2016-cı il tarixdə təqdim olunmuşdur(cild 3, i.v.94). Apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə vəsatət 07 iyun 2016-cı il tarixdə xüsusi şöbəyə verilmiş və xüsusi şöbənin 06.06.2016-cı il tarixli, 17/27-1517 saylı məktubu ilə verilən şikayət və vəsatətin məhkəməyə göndərildiyi qeyd olunmuşdur (cild 3, i.v.l 15-116). Bundan başqa, cinayət işinin həmin cild, iş vərəq 119-120 səhifəsindəki 08 iyun 2016-cı il tarixi vəsatət-ərizəyə əlavə olunmuş apellyasiya şikayəti xüsusi şöbənin 13 iyun 2017-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmişdir. Qeyd olunan vəsatət, ərizə və apellyasiya şikayətlərinin üzərindəki dəftərxana qeydiyyatından görünür ki, oğlum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25.04.2016-ci il tarixli hökmündən apellyasiya şikayəti, hökmün ona təqdim olunduğu vaxt nəzərə alınmaqla qanunla müəyyən olunmuş müddətdə verilmişdir. Cinayət işinin materialları əvvəlcə aidiyyəti üzrə düzgün göndərilmədiyindən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olduğu vaxt artıq hökmün elan olunduğu və oğlum Tərlan Baxşiyevə təqdim edildiyi vaxtdan bir ildən çox vaxt keçdiyindən, apellyasiya şikayəti və vəsatət əlavə olaraq xüsusi şöbə tərəfindən 13.06.2017-ci il tarixli məktubla məhkəməyə göndərilmişdir. Müxtəlif instansiya məhkəmələri isə   apellyasiya şikayəti və buraxılmış müddətin bərpa olunmasına dair vəsatətdə göstərilən tarixləri deyil, oğlumun ərizə və vəsatətinin təkrar məhkəməyə göndərilməsi barədə xüsusi şöbənin məktubları üzərindəki 06.06.2017 və 13.06.2017-ci il tarixli qeydiyyatı əsas götürmüşlər. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarı ilə  həmin məhkəmənin 25 aprel 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir. Həmin qərardan narazı qalaraq apellyasiya şikayəti versək də, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli ilkin baxış iclasının qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.  Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin 1(102)- 315/2018 saylı, 04 aprel 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İstər birinci instansiya məhkəməsi, istərsə də onun qərarını qüvvədə saxlayan apellyasiya və kassasiya instansiyası məhkəmələri isə cinayət işinin materialları ilə öz təsdiqini tapan qeyd etdiyim bu fakta səthi yanaşmış, kifayət qədər araşdırma aparmadan formal olaraq xüsusi şöbənin məktubları üzərindəki 06.06.2017 və 13.06.2017-ci il tarixli qeydiyyatı əsas götürərək ağırlığına görə açıqdan-açığa əməlimə və şəxsiyyətimə uyğun olmayan ədalətsiz cəza təyin edilmiş məhkəmə hökmündən şikayət vermək hüququmdan bizi məhrum etmişlər. Bununla yanaşı kassasiya instansiya məhkəməsi öz qərarında qeyd etdiyim məsələ ilə əlaqədar məhkəmə baxışı zamanı təqdim etdiyi vəsatətə ümumiyyətlə hüquqi qiymət verməmişdir.  Beləliklə, məhkəmələr tərəfindən apellyasiya şikayətinin qəbul olunmasına kifayət qədər əsas verən bu faktı görməzdən gələrək, qeyri- obyektiv, qərəzli və ədalətsiz mövqe nümayiş etdirilmişdir. Bundan əlavə,  qeyd edim kimi, oğlumun barəsində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilir ki,  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı  maddəsinə əsasən bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Oğluma isə  törətmiş olduğu cinayət əməlinə istər ibtidai istintaq orqanı, istərsə də məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş, bu əsaslarda onu hökmdən apellyasiya şikayəti vermək hüququndan məhrum etməklə ədalətsizlik etmiş,  xüsusilə ağır cinayətin törədilməsində ittiham olunaraq kifayət qədər çox uzun müddətə – 13 il azadlıqdan məhrum edilmə cəzasına məhkum etmişlər.

Cənab Prezident!

Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

Sizdən oğlumun barəsində ədalətli, qərəzsiz hökm çıxarılmasına köməklik göstərməyinizi xahiş edirəm

Hörmətlə,  Baxışova Sevil Oqtay qızı

Ağsu şəhəri, Vidadi küçəsi, 58

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email