AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  İLHAM ƏLİYEV CƏNABLARINA ACIQ MƏKTUB

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA ACIQ MƏKTUB

19.04.2019

10:44

HÖRMƏTLİ PREZİDENT!

Bir daha yazaraq bildirmək istəyirəm ki, bu gün ölkə ictimaiyyətinin və eləcə də dünya ictimaiyyətinin gündəmini zəbt edən , oğlum Hüseynov Emin Bəybala oğlunun sifarişli qətli ilə bağlı Sizə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Baş Prokurorluğa müraciətim cavabsız qalmaqdadır. Nəhayət ki, iki ildən sonra Baş Prokurorun birinci müavini Rüstəm Usubov məni qəbul edərək bildirdi ki, “Mənim bu günə qədər bu məsələdən xəbərim olmayıb” və eləcə də Sizi də bu məsələ ilə bağlı məluatlandırmayıblar. Amma belə hal dövlətə qarşı təxribat, insanları ölkə rəhbərinə qarşı qaldırmaq və eyni zamanda Sizin gördüyünüz böyük işlərə kölgə salmaq deməkdir. Hakimiyyət belə məmurlardan təmizlənməlidir.

Mən bu hakimiyyəti dəstəkləyən bir vətəndaş kimi çox təəssüf edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda olan qanunsuz fəaliyyət və eyni zamanda bu qurumda törədilmiş cinayətlər barəsində mətbuat vasitəsi ilə bütün ictimaiyyəti məlumatlandırdım və davamlı olaraq məlumatlandıracağam. Ona görə ki, oğlumun qətli ilə bağlı saysız-hesabsız müraciətlərimə münasibət bildirən yoxdur.

Oğlumun ölümünə gedən yol işə qəbulu zamanı çarəsiz qalıb verdiyim 200 000,00 (iki yüz min ) ABŞ dolları məbləğində rüşvət və bu rüşvətə görə işə qəbulu zamanı edilmiş qanunsuzluqdur. Əsas məqsəd işə qəbulu zamanı alınmış 200 000,00 (iki yüz min ) ABŞ dolları məbləğində rüşvətin ört-basdır edilməsi və işə qəbuldakı qanunsuzluğun izini itirmək olmuşdur. Baş Prokurorun birinci müavini Rüstəm Usubov ilə görüşdən sonra Baş Prokurorluqda beynəlxalq əlaqələr üzrə şöbənin işçisi Fərizə xanımın telefon vasitəsi ilə verdiyi məlumata görə , mənim müraciətim ilə əlaqədar olaraq Türkiyə Dövlətinə təkrar müraciət ünvanlanmışdır və eləcə də Türkiyə Baş Prokurorluğundan bu məsələnin araşdırılması ilə bağlı köməklik məqsədi ilə bir müstəntiq də ezam olunmasını xahiş etmişik. Bu müstəntiq mənim müraciətim üzrə Baş Prokurorluqda baş verən korrupsiya əməlinə və törədilmiş cinayətə aydınlıq gətirmək məqsədi ilə birgə fəaliyyətimiz olacağını bildirdi. Bu məsələ nə qədər doğrudur, bilmirəm. Amma həmin müstəntiq korrupsiya ilə bağlı ifadəni Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevdən və eləcə də işə qəbuldakı qanunsuzluğu Baş Prokurorun rəhbəri Zakir Qaralovdan necə soruşacaqdır. Bu mümkün də deyil, belə bir yalan məlumatı 2017-ci ilin dekabr ayında da göndərliklərini telefon vasitəsi ilə

bildirmişdirlər. Bu günə qədər belə bir fakt yoxdur. Bu məsələ bu günə qədər Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin müdiri Erkin Əlixanov tərəfindən gizli saxlanılmış, bunu gizli saxlamaqda hansı məqsədi olduğunu açıqlamalıdır. Bu günə qədər bu cinayət işinin bağlı qalması bilavasitə onun ilə bağlıdır. Bu çirkin əməllərinə görə , insanlığa sığmayan törədilmiş qətldə mən birbaşa Baş Prokurorluğu ittiham edirəm, və bu günə qədər də Baş Prokurorluğun açıqlama verməməsi də hadisəyə bağlılığından birbaşa xəbər verir

Qətlə yetirilən Baş Prokurorluğun əməkdaşı , ittiham olunan Baş Prokurorluqdursa, onların bu məsələ ilə bağlı doğru açıqlama verməsi və araşdırılması, Baş Prokurorluq tərəfindən mümkün deyildir.

Odur ki, bu cinayət işinin araşdırılması Dövlət Təhlükəsizlik Xidmətinə verilməsi qanunauyğundursa,

Hörmətli Prezident! Bu məsələnin araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə xüsusi tapşırıq verməyinizi bir çarəsiz ata kimi Sizdən artıq dərəcədə xahiş edirəm. Mən Sizə inanıram və güvənirəm ki, hamının problemlərinə biganə qalmadığınız kimi, mənim tək və gənc oğlumun qətlinə biganə qalmayacaqsınız.

Hörmətlə, Hüseynov Bəybala Qaraş oğlu

Bakı şəhər, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi,ev 18, mənzil 11

+99455 215 20 17

18 aprel 2019-cu il

 

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email