Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını iki dəfəyədək artıra bilər

Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını iki dəfəyədək artıra bilər

11.09.2019

14:30

Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını iki dəfəyədək artıra bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Bu, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində aparılan təhlil və hər iki tərəfin qənaətidir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının potensialı və Rusiya bazarının imkanları baxımından mümkün hesab olunur. Ötən il Azərbaycan istehsalçıları Rusiyaya 555 min ton meyvə-tərəvəz ixrac edib. Düşünürük ki, bu potensial ixracı 2 dəfə artırmağa imkan verir. Bu rəqəmi 1 milyon tona çatdırmaq olar. Yekaterinburq vilayətində logistik mərkəzin yaradılması bu göstəricilərin reallaşdırılması istiqamətində yaradılan layihə olacaq”

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email