Azərbaycan Texniki Universiteti onlayn idarəetmə sisteminə keçib

18.03.2020 Выкл. Автор admin

Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə iclasların, müşavirələrin mobil və internet vasitəsilə keçirilməsinə üstünlük verilməsilə bağlı tapşırıq verilib.

Bunu nəzərə alaraq, Azərbaycan Texniki Universiteti (AzTU) onlayn idarəetmə sisteminə keçib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, iclaslar və toplantılar onlayn təşkil edilir. Həmçinin AzTU-nun elmi şurasının növbəti iclası onlayn rejimdə keçiriləcək.

Share