Azərbaycan triatlonçusu Kseniya Levkovskaya beynəlxalq reytinq cədvəlində irəliləyib

Azərbaycan triatlonçusu Kseniya Levkovskaya beynəlxalq reytinq cədvəlində irəliləyib

23.04.2020 Выкл. Автор admin

«Hakimiyyet.com» xəbər verir ki,

Avropa Triatlon Şurası qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində 1 pillə irəliləyib. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 48-ci pilləyə yüksəlib.

Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.