Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi müzakirəyə çıxarılacaq

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi müzakirəyə çıxarılacaq

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Komitənin gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihələri də daxil edilib.

 

 

 

Share